Bu il xaricə uçan azərbaycanlı turistlərin sayı artacaq: AzTA sədri

Azərbaycanlı turistlərin bu yay ən çox səfər edəcəyi ölkə Türkiyə olacaq.

Bunu Metbuat.az-a açıqlamasında Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib. O bildirib ki, buna səbəb həmin ölkənin Azərbaycanla qonşu olması ilə yanaşı, həm də orada göstərilən turist xidmətlərinin keyfiyyətinin yüksək, dilin eyni olmasıdır. Əhali üçün əsas istiqamət İstanbul, Bodrum, İzmir və Antalya olacaq. Keçən illə müqayisədə turistlər erkən rezervasiya etdikləri üçün Türkiyə istiqamətində bilet tapmaq çətindir.

AzTA sədri deyib ki, bu il yay mövsümi Ramazan ayının son günləri başlayacaq. Demək olar ki, yay mövsümi ilə bağlı yerli turizm şirkətləri tam hazırdır. Bölgələrdə, xüsusilə Qəbələ bölgəsindəki otellər xarici turistlər tərəfindən bronlaşdırılıb. Bakıda yerləşən otellərdə də bronlaşdırma başlanıb.

Nahid Nağırovun sözlərinə görə, azərbaycanlı turistlərin Türkiyədən sonra ən çox üstünlük verdikləri yerlər, Monteneqro və Gürcüstandır. Monteneqronun ölkəmizlə birbaşa aviaəlaqəsi var, yerüstü nəqliyyatla səyahət edən turistlərə gəlincə, əsas turist axını bu yay Gürcüstana olacaq.

AzTA sədri keçən illə müqayisədə xarici ölkələrə uçan azərbaycanlı turistlərin sayının çoxalacağını bildirib.

"Ənənəvi olaraq bu il Azərbaycana əsas turist axınının ərəb ölkələrindən olacağı gözlənilir. Buna səbəb AZAL və Səudiyyə aviaşitkərlərinin Azərbaycan istiqamətində uçuşlarını artırması olub. Ənənəvi olaraq ərəb turistləri gözləyirik, ancaq ümid edirik ki, Avropadan, Rusiyadan gələn turistlərin də sayı çoxalacaq"-deyə N.Bağırov əlavə edib.

Aysel Yaqubqızı / Metbuat.az

Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlərin sayı artacaq


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı