Tanınmış azərbaycanlı: "Bu dərd bir gün mənim də qapımı döyməli idi..."

Tanınmış azərbaycanlı: "Bu dərd bir gün mənim də qapımı döyməli idi..."
10:26 10 May 2015
87 Şou
Ölkə mətbuatı
A- A+

"Nə vaxtsa anamı itirmək qorxusu ilə yaşayacağım fikrini heç vaxt özümə yaxın buraxmamışdım. Amma bu dərd bir gün mənim də qapımı döyməli idi..."

Bu sözlər tanınmış bəstəkar-müğənni Arif Səlimova məxsusdur.

ANS PRESS-in məlumatına görə, sevilən mahnıların müəllifi Arif Səlimov həyatının ən ağır günlərini yaşayır. Anasının ağır yataq xəstəsi olduğunu deyən musiqiçi, ana haqqında yazdığı mahnıları xatırladı:

"Mənim bəstələrim içində ana haqqında bir neçə mahnı olub, istər bəstəkar kimi, istərsə də müğənni kimi. "Anasız bir günüm olmasın", "Apar məni" adlı mahnılarımı yəqin xatırlayırsız. Sözləri Sürəyya Küskünə, musiqisi mənə məxsus mahnını Gulyaz Məmmədova və Fərid Abbasbəyli illər öncə oxumuşdular. Bundan əlavə Gulyanaq xanım Mahirə Nağızının sözlərinə bəstələdiyim "Ana" mahnımı oxuyub. O zaman heç düşünməzdim ki, gün gələcək, mənim də anam gözləmədən ağır xəstəliklə sınağa çəkiləcək. Anama qurban olaram, məni uşaq vaxtında musiqi məktəbinə aparıb. Anam ağır xəstə olduğundan pianonun qapağını qaldırmağa əlim gəlmir. Yəqin ki, nə vaxtsa yazacam. Məni, bəstələrimi sevənlər, dua edin, anam sağalsın".


Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=343462

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR