Bu videodan uşaqlarınızı uzaq tutun! - Biabırçı mənasını bilsəniz...+18 - VİDEO

Ölkəmizdə də uşaqlar və gənclər arasında məşhur olan video ilə bağlı maraqlı məqam ortaya çıxıb.

Metbuat.az xəbər verir ki, özünün "Facebook" hesabında tanınmış azərbaycanlı vlogger Rəşad Mirzəyev bu barədə qeyd edib:

"Dame Tu Cosita - maraqlı ritmi var. Youtube-da öndə görünür. Uşaqlar baxır, oynayır. Belə baxanda, heçnə bilinmir, əladır. Araşdırdım ki, mənası nədir bu cümlənin? İspan dilində imiş, tərcüməsini də bura yazmağı özümə uyğun görmədim. "Google Translate"də ispan dilindən tərcümə edib baxa bilərsiz. Ona görə də, diqqətli olmaq lazımdır. Uşaqlarımıza bildiyimiz dildə və mənasını bildiyimiz videolar izlətməliyik. Allah özü hamımıza belə bir dövrdə sağlam övlad yetişdirməkdə yardımçı olsun. Amin!".

Həqiqətən də musiqinin araşdırdığımız zaman məlum olur ki, musiqinin əsl məzmunu uşaqların izləyə biləcəyi bir məzmun deyil. Belə ki, "Dame Tu Cosita" ispan dilindən tərcümədə "Mənə kiçik bir şeyini ver" anlamına gəlir. Qeyd edək ki, Panamalı musiqiçi El Çambonun müəllifi olduğu mahnı "Youtube"də 2018-ci ilin aprelində yayımlanıb və bu günədək 1 milyard 500 milyondan çox izlənib. Videonun yayımlanmasından sonra bu rəqs sosial şəbəkələrdə bir trendə çevrildi. Bir çox məşhur bu cür rəqs edərək videosunu yayımladı. Həmçinin ölkəmizdə də bu trendə qoşulanlar az olmamışdı.

Odur ki, uşaqlarınızı bu məzmunlu videolardan uzaq tutmağı tövsiyə edirik.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR