Bu ölkə köhnə avtomobillərə xüsusi vergi tətbiq etməyəcək

Bu ölkə köhnə avtomobillərə xüsusi vergi tətbiq etməyəcək
06:32 23 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Estoniya hökuməti köhnə avtomobillərə xüsusi vergi tətbiq etməyəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sözügedən məsələ ölkə parlamentinin gündəmində belə yoxdur.

Eston siyasətçiləri və iqtisadçıları hesab edirlər ki, ölkəyə köhnə və ya ekoloji tələblərə cavab verməyən dizellə çalışan avtomobillərin gətirilməsinə vergi qoymaq çıxış yolu deyil. Onun əvəzində ölkədəki sözügedən bazara nəzarəti möhkəmlətmək və əhali arasında ictimai nəqliyyatdan istifadə ilə bağlı təbliğatı gücləndirmək lazımdır.

Hazırda Estoniyada 750 min yaşı 16 ildən çox olan nəqliyyat vasitəsi var. Müqayisə üçün deyək ki, bu rəqəm İsveç, Finlandiya, Almaniya və Böyük Britaniyada 8-10 ilə bərabərdir. Qonşu Latviya və Litvada isə 16 ildən yüksəkdir.

Köhnə dizel avtomobilləri ekoloji tələblərə cavab vermədiyindən inkişaf etmiş Avropa ölkələrində tədavüldən sürətlə yığışdırılır və onlar kütləvi surətdə Şərqi Avropaya gətirilib satılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/796224.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR