Maduro Bakıdan MEYDAN OXUDU

Maduro Bakıdan MEYDAN OXUDU
11:48 25 Oktyabr 2019
116 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda Qoşulmama Hərəkatına (QH) üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü işə başlayıb.

Zirvə görüşünü Venesuela Bolivar Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri Nikolas Maduro açıb.

Publika.az xəbər verir ki, ilk olaraq ötən müddət ərzində dünyasını dəyişmiş QH-nın dövlət və hökumət başçılarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

N.Maduro bildirib ki, rəsmi Karakasın Azərbaycanla artıq sıx, mehriban münasibətləri var: “Bütün nümayəndə heyətlərinə göstərilən qonaqpərvərliyin şahidiyik. Biz bu təşkilata 2016-cı ildən 2019-cu ilədək sədrlik etdik. Ötən müddət ərzində təşkilatın daha da güclənməsi üçün bütün səylərimizi səfərbər etdik. Biz yenidən toplaşaq çoxtərəflilik əsasında fikirlərimizi bildirmək imkanı əldə etmişik. Bəzi aqressiv və zərər vuran hərəkətləri pisləyiirk. Biz venesuelalılar sülhsevər insanlarıq. Yüz illər ərzində dövlətimizi qurmuşuq. İradəmiz əyilməzdir, gələcəyə ümidlərə baxırıq. Hətta bu çətin, təklənmiş şəraitdə iradəmizi qırmaq mümkün deyil. Sülh və dövlətlər arasında əyilməz münasibət olmalıdır. Fələstin məsələsinə biganə qalmamalıyıq. Təşkilata üzv dövlətlərə qarşı bu gün bir sıra ədalətsiz tədbirlər görülür”.

N.Maduro QH-na üzv ölkələr arasında həmrəyliyin, sivilizasiyalar arası yaxınlaşmanın təmin edilməsinə çalışdıqlarını bildirib. O, Eva Moralesin legitimliyini tanımalı olduğunu vurğulayıb.

Səxavət


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/294122.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR