Əməkdar artist Fidan Şabanova onu təkzib edən sənət yoldaşlarına cavab verib.
Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, o, bu barədə "İnstagram" səhifəsində paylaşım edib.
O, fotosunu paylaşaraq bu sözləri qeyd edib:
"Gözəl ssenari ilə gəlmişdiniz verilişə. Mənim sualıma heç biriniz cavab vermədiniz. Bəsdirin bir-birinizin üzünə yalandan gülüb, arxadan doğrayıb tökməyə. Utanın".
Qeyd edək ki, ifaçı bildirib ki, Leyli obrazına görə teatrın Toma adlı əməkdaşı ondan 5 min manat pul tələb edib.
Bu gün isə "Xəzər" televiziyasında yayımlanan "Hər şey daxil" verilişinin qonaqları xalq artistləri Mənsum İbrahimov, Gülyaz Məmmədova, əməkdar artistlər Təyyar Bayramov, Elnur Zeynalov, İlkin Əhmədov və teatrın baş rejissoru Hafiz Quliyev Nigarın iddialarını təkzib ediblər.
Milli.Az