Trampdan F-35 və S-400 açıqlaması: Buna görə Ərdoğana xüsusi təşəkkür etdi

Trampdan F-35 və S-400 açıqlaması: Buna görə Ərdoğana xüsusi təşəkkür etdi
08:13 14 Noyabr 2019
124 Digər
Ölkə mətbuatı
A- A+

“Prezident Rəcəb Tayyib Ərdoğanla faydalı və möhtəşəm görüşümüz baş tutdu”.

Publika.az xəbər verir ki, bunu ABŞ prezidenti Donal Tramp deyib.

FETÖ-çü olduğu iddia edilən NASA əməkdaşı Sərkan Gölgənin azadlığa buraxılması münasibətilə türk həmkarına təəkkür etməklə nitqinə başlayan Tramp bildirib ki, Türkiyə NATO müttəfiqi və eyni zamanda, ABŞ-ın əhəmiyyətli tərəfdaşıdır: “İki ölkə arasında diplomatiya, sülh və rifahın olması gələcək üçün önəmlidir. Ötən ay Pompeo və Pensi Türkiyəyə göndərmişdim. Obrayn da Ərdoğanla görüşüb. Buradakı görüşlər də faydalı keçdi. Prezidentə əməkdaşlıq üçün təşəkkür edirəm. Türkiyə lazımi tədbirləri görməyə davam edəcək. Atəşkəs nə qədər qarışıq olsa da, irəliyə doğru gedir. Türkiyə ABŞ-dan sonra NATO-da ən böyük ikinci orduya sahibdir. Əfqanıstanda və İŞİD-lə mübarizəyə görə türk xalqı və prezidentinə minnətdarıq”.

F-35 VƏ S-400 AÇIQLAMASI

“Əməkdaşlıq, ticarət, müdafiə sənayesi, hərbi proqramlarımız davam edir. Milyardlarla dollar dəyərində satış müzakirəsi gedir. F-35 qırıcıları üçün hissələr istehsal edirlər. Türkiyənin S-400 alması bizim üçün çətinliklər yaradır. Ümid edirəm ki, həll etməyi bacaracağıq. Bu gün bu haqda danışdıq, gələcəkdə də danışacağıq. Xarici İşlər nazirləri və təhlükəsizlik üzrə məsləhətçilər S-400 məsələsini görüşməyə davam edəcəklər”.

Liderlər bildirib ki, iki ölkə arasında ticarət həcmini 100 milyard dollara çatdırmaq üçün tədbirlər görüləcək.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/296071.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR