Venesuelada yeniyetmələrə atəş açılıb, ölən və yaralananlar var
Paylaş
119 baxış·1 dəq oxu
Venesuelanın Miranda ştatında ötən gecə bir evdə toplaşaraq əylənən yeniyetmələrə naməlum şəxslərin atəş açması nəticəsində 15 yaşlı oğlan ölüb, 18 nəfər yaralanıb. “Report” yerli KİV-ə istinadən xəbər verir ki, atəş açan şəxslər hadisə yerindən tez uzaqlaşıblar. Həmçinin hadisədən əvvəl mübahisə baş verdiyi bildirilir. Araşdırma aparılır.