Xəritəyə baxın, onda görəcəksiniz ki, Türkiyə... - NATO

Xəritəyə baxın, onda görəcəksiniz ki, Türkiyə... - NATO
15:27 22 Noyabr 2019
73 Digər
Ölkə mətbuatı
A- A+

Xəritəyə baxaraq Türkiyənin geostrateji mövqeyini və NATO üçün önəmli ölkə olduğunu anlamaq mümkündür.

Milli.Az Axar.az-a istinadən bildirir ki, bu sözləri NATO rəhbəri Yens Stoltenberq Fransa mediasına açıqlamasında deyib.

Ötən ay Türkiyəyə səfərində "Sülh çeşməsi" əməliyyatı ilə bağlı narahatlığını ifadə edən alyans rəhbəri qardaş ölkə haqda bunları bildirib:

"Bütün müttəfiqlər hərəkatla bağlı tənqidi fikirlər səsləndirdi. Lakin heç kim Türkiyənin NATO-dakı mövqeyi barədə fikir yürütmədi. Türkiyə bazalarından müttəfiqlərinin istifadəsinə icazə verərək, İŞİD-ə qarşı mübarizəyə qoşuldu. Suriya və İraqla sərhədi olan tək NATO müttəfiqi Türkiyədir. 3,6 milyon miqranta ev sahibliyi edir. Türkiyənin geostrateji mövqeyini anlamaq üçün xəritəyə baxmaq kifayətdir. Düşünürəm ki, bu faktorlar fikir ayrılıqlarının müzakirəsinə mane olmayacaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/turkey/804321.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR