Rafael Dadaşov reanimasiyaya yerləşdirildi

Rafael Dadaşov reanimasiyaya yerləşdirildi
15:27 3 Dekabr 2019
148 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Rafael Dadaşovun səhhəti ağırlaşıb.

Milli.Az xəbər verir ki, bu barədə Lent.az-a açıqlamasında 73 yaşlı xalq artistinin qızı müğənni Səidə Dadaşova məlumat verib.

Onun sözlərinə görə, atasının vəziyyəti yaxşı deyil:

"Atamın vəziyyəti heç də yaxşı deyil. Hazırda Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsindədir. Dəqiq hansı xəstəlikdən əziyyət çəkdiyini bilmirik. Gah dedilər, problem ürəyində, gah da ağ ciyərindədir. Həkim nəzarətindədir, amma səhhəti ağırdır".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/807411.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR