Bakı. Trend:
ABŞ-ın Minnesota ştatının Milli Qvardiyasına məxsus "Black Hawk" helikopteri qəzaya uğrayıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, qəzaya uğrayan helikopterin göyərtəsində 3 nəfər olub.
Milli Qvardiyanın məlumatında bildirilir ki, helikopterlə yerli vaxtla təxminən saat 14:04-də əlaqə kəsilib: "Biz təsdiq edə bilərik ki, Minnesotanın Milli Qvardiyasına məxsus "UH-60 Black Hawk" helikopteri Sent-Klauddan cənubda qəzaya uğrayıb. Hadisə yerinə hakimiyyət nümayəndələri gəlib".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin