Ticarət mərkəzində şübhəli bir əşya aşkar edilib - insanlar təxliyə edilib

Ticarət mərkəzində şübhəli bir əşya aşkar edilib - insanlar təxliyə edilib
07:36 8 Dekabr 2019
130 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Venesuela paytaxtının hakimiyyət orqanları şübhəli bir əşyanın aşkarlanmasına görə ticarət mərkəzinin bütün işçilərinin və ziyarətçilərinin təxliyə edilməsini qərara alıblar.

Trend-in məlumatına görə, bu barədə "El Nacional" qəzeti bildirib.

Məlumata əsasən, söhbət Karakasın Baralt prospektində yerləşən "Metro Center" ticarət mərkəzi haqqında gedir. Bolivar Milli Kəşfiyyat Xidmətinin əməkdaşlarının artıq hadisə yerinə gəldiyi qeyd olunur.

Yerli hakimiyyət hadisə ilə bağlı hələ şərh verməyib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3160561.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR