Litvada işsizliyin səviyyəsi daha da arta bilər

Litvada işsizliyin səviyyəsi daha da arta bilər
21:12 18 Dekabr 2019
71 Dünya
Ölkə mətbuatı
A- A+

İşsizlik səviyyəsi artan Litvanın əmək bazarında vəziyyət ürəkaçan deyil.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, iqtisadçılar bunun bir sıra amildən asılı olduğunu söyləsələr də, əsas səbəb kimi üçüncü ölkədən gələn miqrant axınını və texnoloji təkmilləşməni qeyd edirlər. İqtisadi təhlilçilər gələcəkdə iqtisadi artımın yavaşlayacağı təqdirdə bu tendensiyaların daha da hiss ediləcəyi və işsizlərin sayının artacağı ilə bağlı xəbərdarlıq ediblər.

Litva statistika idarəsinin rəqəmlərinə əsasən, bu ilin üçüncü rübündə Litvada 1 milyon 378,1 min sakin işləyib ki, bu da ötən ilin müvafiq dövrünə görə 26,8 min nəfər azdır.

Baltikyanı ölkələrlə müqayisədə Litvada hazırkı vəziyyət qənaətbəxş deyil.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/811348.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR