Litva hökuməti qaçqınların həyat şəraitini yaxşılaşdırmağı planlaşdırır

Litva hökuməti qaçqınların həyat şəraitini yaxşılaşdırmağı planlaşdırır
04:32 3 Yanvar 2020
118 Dünya
Ölkə mətbuatı
A- A+

Litva hökuməti Avropa İttifaqının (Aİ) ayırdığı vəsaitləri qaçqınların həyat şəraitinin yaxşılaşdırılmasına yönəltmək məqsədilə onların ölkədə məskunlaşdırılması ilə bağlı mövcud qaydaların dəyişdirilməsini qərara alıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə təklif Litvanın Daxili İşlər Nazirliyindən gəlib.

Bildirilir ki, yeni qaydalar müəyyən edilmiş normativləri aşan xərclərin beynəlxalq təşkilatların, Aİ fondlarının, qeyri-hökumət təşkilatlarının vəsaitləri hesabına ödənilə biləcəyini nəzərdə tutur.

Nazirlikdən verilən məlumata görə, dəyişikliklərin tətbiqi "maliyyə zənbillərini" Aİ-nin "Sığınacaq, Miqrasiya və İnteqrasiya Fondu"nun vəsaiti ilə doldurmağa imkan verəcək.

Bildirilir ki, Litva Avropa İttifaqı və üçüncü ölkədən 1077 qaçqını qəbul edəcəyinə dair öhdəlik götürüb. Müqavilənin qüvvəyə mindiyi andan etibarən, 3 il ərzində Litvaya 490 qaçqın köçürülsə də, onların əksəriyyəti Aİ-nin daha zəngin ölkələrinə üz tutub.

Qeyd edilir ki, Litva yerdəyişməyə dair müqavilənin müddətini 2021-ci il iyun ayının sonuna qədər uzadıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/815064.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR