Nikolas Maduro: "Nefti petro vasitəsilə satacağıq"

Nikolas Maduro: "Nefti petro vasitəsilə satacağıq"
10:17 3 Yanvar 2020
63 Digər
Ölkə mətbuatı
A- A+

"Venesuela neftini və qızılın bir hissəsini milli petro kriptovalyutası ilə satacaq".
“Report” “El Nacional”a istinadən xəbər verir ki, bu barədə ötən gün ölkənin Prezidenti Nikolas Maduro bildirib.
O deyib ki, Venesuela neftini petro ilə satacaq: "İndi Venesuelanın dəmirini, poladını petroya satırıq. Hazırda neft, polad, dəmir, alüminium ilə bağlı satış müqavilələrimiz var, hasil etdiyimiz qızılın da bir hissəsini petroya satacağıq”.
Yerli kriptovalyutanı xalqın gündəlik həyatında uğurla tətbiq etdiklərini diqqətə çatdıran dövlət başçısı ötən ilin dekabr ayının təqaüdlərini, metro işçilərinin müavinətlərini məhz petro ilə köçürdüklərini söyləyib: “Sınaqlar uğurlu keçir”.
Qeyd edək ki, Prezident N.Maduro milli kriptovalyutanın tədavülə buraxıldığını 2017-ci ilin oktyabr ayında elan etmişdi. 2018-ci il fevralın 20-dən satılan petronun qiyməti ölkədə hasil olunan neftin bir barelinin qiymətinə bağlıdır.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/nikolas-maduro-nefti-petro-vasitesile-satacagiq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR