Manaf Ağayev: “Mətanət mənimçün ürəyini də verər” -

ARB TV-nin “Kim var,kim yox” verilişinin növbəti qonağı müğənni Manaf Ağayev olub.

Metbuat.az xəbər verir ki, müğənnin şou-biznesdə güvəndiyi dostlarından danışıb:

“Heç kimin mənim qədər dostu ola bilməz. Amma şou-biznesdə çox azdır. 6-7 nəfərdir. Birinci Nüşabə Ələsgərli, ikinci Vasif Məhərrəmli, daha sonra Ədalət Şükürov, Nadir Qafarzadə, İzzət Bağırov, Nazpəri Dostəliyevadır. Bunlara mən çox güvənirəm. Deyərəm evindən çıx, çıxar. Yəni belə güvənirəm, bəlkə də yalnışam. Amma bir neçə dəfə sınaqlardan keçiblər. Mətanət Əsədova mənə ürəyini də verər. Kim onu necə tanıyır tanısın, mənim üçün ölümə də gedər. Çox yaxşı qızıdır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR