Bu ölkədə viza rüsumlarının qiyməti qaldırılıb

Bu ölkədə viza rüsumlarının qiyməti qaldırılıb
21:42 24 Yanvar 2020
127 Dünya
Ölkə mətbuatı
A- A+

Litva hökuməti Şengen və milli vizaların verilməsi üçün konsulluq əməliyyatları rüsumunun ikiqat artırılması barədə qərar qəbul edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yeni qərara əsasən, Litva vizasını almaq üçün rüsum 60 avrodan 120 avroya qədər artırılacaq. Rüsumların artırılması viza rəsmiləşdirilməsi əməliyyatlarına sərf olunan əməyin qiymətləndirilməsi məqsədini daşıyır. Bununla bağlı açıqlamada qeyd olunub ki, vizanın baxılması və rəsmiləşdirilməsi üçün 2-3 saat vaxt tələb olunur. Bu işdən məsul şəxslərin orta saatlıq əməkhaqqı təxminən 43 avrodur.

Litva hökuməti Şengen vizası rüsumunun 60 avrodan 80 avroya qədər artırılması barədə də qərar qəbul edib. Xarici İşlər Nazirliyinin məlumatına görə, Avropa İttifaqı qanunvericiliyinə edilən dəyişikliklər viza rüsumunun artırılmasını Litva hökumətinin öhdəsinə buraxır. Beləliklə, 6-12 yaşlı uşaqlar üçün Şengen vizasının rüsumu 35-40 avro artacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/820302.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR