Tramp: "Maduronun zülmkar hakimiyyəti dağıdılacaq"

Tramp: "Maduronun zülmkar hakimiyyəti dağıdılacaq"
07:07 5 Fevral 2020
66 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp Venesuelanın dövlət başçısı Nikolas Maduro hökumətini nəzərdə tutaraq bu ölkədə "zülmü dağıtmağa" söz verib.
"Report" xəbər verir ki, bu barədə ABŞ dövlət başçısı Konqresə müraciətində bildirib.
"Birləşmiş Ştatlar Venesuelanın sosializm diktatoru Nikolas Maduroya qarşı 59 ölkədən ibarət diplomatik koalisiyaya başçılıq edir. Maduro qanunsuz hökmdardır, zülmkardır, hansı ki, öz xalqına qarşı amansızcasına rəftar edir. Amma Maduronun zülmkar hakimiyyəti dağıdılacaq və sındırılacaq", - deyə Tramp ölkədə işlərin durumu haqqında Konqresə illik müraciəti zamanı deyib.
"Biz kubalıların, nikaraqualıların və venesuelalıların demokratiyanın bərpasına ümidlərini dəstəkləyirik", - prezident qeyd edib.
Bundan sonra o zalda əyləşən Venesuela müxalifətinin lideri Xuan Quaydoya müraciət edib. Tramp bildirib ki, ABŞ məhz onu ölkənin "həqiqi və qanuni prezidenti" hesab edir. Senatorlar və Konqres üzvləri bu çıxışı alqışlarlarla qarşılayıblar.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/tramp-maduronun-zulmkar-hakimiyyeti-dagidilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR