Dörd Litva sakinindən üçü...

Dörd Litva sakinindən üçü...
07:22 5 Fevral 2020
148 Dünya
Ölkə mətbuatı
A- A+

Litvada aparılan sorğunun nəticələrinə görə, ölkənin dörd sakinindən üçü iqlim dəyişikliyinin onların sağlamlığına təhlükə yaratdığını düşünür.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sorğunun nəticələrinə əsasən, dörd respondentdən üçü qlobal istiləşməyə insanın təsərrüfat fəaliyyətinin təsir göstərdiyini hesab edir. Respondentlərin 62,8 faizi isə iqlim dəyişikliyini azaltmaq məqsədilə həyat tərzini dəyişdirməyə hazır olduqlarını söyləyib.

Sorğu nəticəsində o da məlum olub ki, iqlim dəyişikliyini daha çox gənclər və təhsil səviyyəsi yüksək olan respondentlər hiss edirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/823033.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR