Ayaz Mütəllibov Paşinyanın ittihamlarına CAVAB VERDİ: Prezident bu yalanlara... - VİDEO

Ayaz Mütəllibov Paşinyanın ittihamlarına CAVAB VERDİ: Prezident bu yalanlara... - VİDEO
09:08 17 Fevral 2020
85 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov Ermənistanın Baş naziri Nikol Paşinyana Azərbaycan Televiziyasının "Həftə" proqramına müsahibəsində cavab verib.

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrində Xocalı soyqırımı ilə bağlı danışarkən, Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibova “istinad edərək” sözügedən hadisəni azərbaycanlıların törətdiyi ilə bağlı iddianı sabiq prezident əsassız adlandırıb: “Paşinyanın sözlərinin real əsası yoxdur. O, yalan danışdı. Ona görə də hansısa jurnalistin “Arqumenti i Faktı” qəzetində nə vaxtsa nəsə deməsi haqqında danışığını və bitməyən qanlı münaqişəni buna bağlamaq nəinki məntiqi deyil, həm də qeyri-obyektivlikdir. Özü də Münxen konfransı kimi bir səviyyədə. Lakin ölkə prezidenti bu yalanlara kifayət qədər inandırıcı cavab verdi. Ümumiyyətlə, bu məsələdə mənə istinad etmək, özü-özlüyündə təəccübləndirir və bu, yolverilməzdir”


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/305187.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR