İlham Əliyev hər bir Azərbaycan vətəndaşına qürur hissi yaşatdı - Şərh

İlham Əliyev hər bir Azərbaycan vətəndaşına qürur hissi yaşatdı - Şərh
16:18 18 Fevral 2020
67 Digər
Ölkə mətbuatı
A- A+

Paşinyanın savadsız və əsası olmayan fikirlərinə tarixi faktlarla verilən cavab onu çətin duruma saldı.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib.

Deputat qeyd edib ki, dərin tarixi biliklər, fikirlərini ingilis dilində səlis ifadə bacarığı, bədən dili ilə qarşısındakını darmadağın etmək istedadı Prezident İlham Əliyevin ən böyük xüsusiyyətidir: “Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən canlı debatda bütün bu xüsusiyyətlər Paşinyanı diplomatik müstəvidə nokauta saldı. Ölkə başçısının Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu və 1921-ci ildə Bolşevik partiyasının Qafqaz Bürosunun Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması barədə qərar qəbul etməsini vurğulaması ermənilərin yalanlarını bir daha üzə çıxardı. Prezidentin Stepanakertin qədim adının Xankəndi olmasını dilə gətirməsi bir daha tarixə söykənən faktlarla Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olmasının təsdiqi idi. Paşinyanın Dağlıq Qarabağın Azərbaycanın torpağı olmasını etiraf edərək, sonradan düzəliş etməyə çalışması debatın ən maraqlı hissələrindən oldu. Xocalı soyqırımı ilə bağlı ermənilərin Ayaz Mütəllibovun adından istifadə edərək özlərinə haqq qazandırmaq cəhdlərinin ifşası ölkə başçımızın hərtərəfli biliyə malik olduğunun göstəricisi idi. Münhendəki debat İlham Əliyevi öz xalqını sevən, ölkənin gələcəyini düşünən, torpaqlarımızın işğalı ilə heç vaxt barışmayacaq və azad etmək gücünə malik bir lider olduğunu göstərdi. Bir sözlə, hər bir Azərbaycan vətəndaşına qürur hissi yaşatdı”.

Tağı Həsənov


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/305328.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR