"Gəlin qarpız kimidir" - Nadir

"Gəlin qarpız kimidir" - Nadir
20:17 24 Fevral 2020
351 Şou
Ölkə mətbuatı
A- A+

İstəyirəm ki, Allah mənə o qədər pul versin oğlumun toyunda pul yığmayım. Utanıram... Şou-biznesin içindəyəm, hər sözlərini bilirəm. Başlayacaqlar bir-birinə zəng etməyə ki, buna baxın, pul yığır.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Ay Zaur" verilişində deyib. Var-dövlətindən bəhs edən sənətçi uşaqları ilə bağlı sualları cavablandırıb:

"Uşaqlarıma ev də, maşın da almışam. Mən ölsəm, on il işləmədən satıb yeyə bilərlər. Hansı gəlinim əxlaqlı, sağlam ailədən olsa, onu çox istəyəcəm. Düzdür, mən gedib alacam, amma gəlin qarpız kimidir. Bilmirsən gəlib necə çıxacaq. Elə şeylər var ki, məcbursan qız alanda bütün nəslini araşdırasan. Gəlinim yaxşı olsa, övladım ona pis davransa, evdən qovaram. Gəlini yanımda saxlayaram".

Nadir "Yenidən ata olmaq istəyərsən? Tacir Şahmalıoğlunun yeni oğlu oldu" sualına belə reaksiya verib:

"Ayıbdır, yox. Tacirin öz düşüncəsi var. 24 yaşında oğlum var. Təsəvvür et 24 yaşında oğulun anası qucağında uşaq gəzir? Oğul ataya, anaya nə hörmət qoyar?".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/828415.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR