Salyanda ər keçmiş arvadını qətlə yetirərək evini yandırdı

Salyanda keçmiş ər arvadını qətlə yetirib.

Metbuat.az xəbər verir ki, daha sonra evi yandırıb. Hadisə rayonun Əliağa Kürçaylı küçəsində qeydə alınıb. Belə ki, həmin küçədə yaşayan Nübubət adlı qadın keçmiş əri Ələkbər Hüseynov tərəfindən qətlə yetirilib. Qətli törədən şəxs sonradan qadının evini yandırıb. Hazırda yanğının baş verdiyi əraziyə Fövqəladə Hallar Nazirliyinin Salyan Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb edilib. Hadisənin təfərüatları araşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR