Çin səfərindən qayıdan Monqolustan prezidenti karantinə alındı

Çin səfərindən qayıdan Monqolustan prezidenti karantinə alındı
14:27 28 Fevral 2020
145 Dünya
Ölkə mətbuatı
A- A+

Monqolustan Prezidenti Haltmaagiyn Battulqa Çinə səfər etdikdən sonra karantinə alınıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, prezident və onun ailə üzvləri, eləcə də Xarici işlər naziri Damdingiyn Tsoqtbaatar iki həftə müddətində müşahidə altında saxlanılacaq.

Bütün bu müddət ərzində prezident və nazir Ulan-Batorun Bayanzurh rayonunda xəstəxanada olacaq.

Qeyd edək ki, H.Battulqa Çin səfərindən fevralın 27-də qayıdıb. Səfər zamanı o, Çinə koronavirusla mübarizəyə dəstək qismində 30 min qoyun hədiyyə edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/829706.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR