“Report” xəbər verir ki, bunu Venesuela prezidenti Nikolas Maduro Karakasda qubernator və bələdiyyə başçıları ilə görüşü zamanı deyib.
Onun sözlərinə görə, bu işdə Braziliya ABŞ-a köməklik göstərəcək:
“Demokratik, humanist dairələrdən, Braziliya xalqından və bu ölkənin silahlı qüvvələrindən Braziliya Prezidenti Jair Bolsonarunun ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə Venesuelaya qarşı həyata keçirmək istədiyi hərbi avantürasının qaşısını almağı xahiş edirik”.