Kanadada ilk ölüm, İranda bir şəhər karantinə alındı, Afrikada 2 yeni ölkəyə sıçradı -

Bütün dünyada koronavirusa yoluxma halı 113 mini, ölümlər isə 4 mini keçib.

Metbuat.az xəbər verir ki, Kanadada virus səbəbindən ilk ölüm halı gerçəkləşib. Panama və Burkino-Fasoda isə ilk yoluxma təsbit edilib. Virusun ən çox yayıldığı ölkələrdən olan İranda ilk dəfə bir şəhər karantinə alınıb. Sözügedən şəhər Sistan əyalətindəki Çabahar şəhəridir. Şəhərə bütün giriş-çıxışlar qadağan edilib. Ölkəkə bu günə qədər 237 nəfər həyatını itirib ki, bunların arasında dövlət məmurları da mövcuddur.

Kiprdə virusa qarşı gücləndirilmiş tədbirlər həyata keçirilir. Ölkənin bütün sərhəd keçid məntəqələrində tibbi personal iki qat artırılacaq.

Gürcüstanda isə Covid-19 təsbit edilənlərin sayı 15 olub. Bu barədə hökümətin virusla bağlı yaradılan rəsmi saytında qeyd edilib.

Səudiyyə Ərəbistanı isə yeni növ koronavirusla mübarizə çərçivəsində Türkiyənin də daxil olduğu 5 ölkəyə səyahətləri iki tərəfli olaraq dayandırıb.

Azərbaycanda isə dünən İrandan gələn daha 2 nəfərdə virus aşkarlanıb.

Mənbə: bbc.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR