Venesuelada metroda maskasız olmaq qadağan edildi

Venesuelada metroda maskasız olmaq qadağan edildi
14:05 14 Mart 2020
124 Dünya
Ölkə mətbuatı
A- A+

Venesuelada metro və dəmiryolu qatarlarından istifadə edən sərnişinlər mütləq qoruyucu maskalardan istifadə etməlidirlər, əks halda metro və qatarlara minmələrinə icazə verilməyəcək.

Milli.Az Day.Az-a istinadən bildirir ki, bunu Venesuela Prezidenti Nikolas Maduro qubernator və merlərlə koronavirus epidemiyası ilə bağlı görüşü zamanı deyib.

Ölkə rəhbəri bildirib: "Sabahdan başlayaraq qoruyucu maskasız heç bir sərnişin metro və ya qatarlara buraxılmayacaq... hamıda qoruyucu maska olmalıdır".

Prezident əlavə edib ki, bu göstərişi yaxın günlər və həftələr ərzində qüvvədə olacaq, hamıya şamil edilməlidir: "İndidən bu addımlar atılmalıdır ki, sonra gec olmasın".

Son məlumata görə, Venesuelada 2 koronavirusa yoluxma faktı qeydə alınıb.

Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 110-dan çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 130 mini, ölənlərin sayı isə 5 mini keçib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/833648.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR