Rafael Dadaşovun dəfnində qızının ÜRƏYİ GETDİ: “Qız övladı həmişə atadan yetim qalır” - FOTO\VİDEO

Rafael Dadaşovun dəfnində qızının ÜRƏYİ GETDİ: “Qız övladı həmişə atadan yetim qalır” - FOTO\VİDEO
15:43 17 Mart 2020
315 Şou
Ölkə mətbuatı
A- A+

“Onu bilirəm ki, artıq yetiməm, bizi qoydu getdi... Necə qaytarım onu...”

Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Rafael Dadaşovun qızı Səidə Dadaşova bu gün atasının dəfn mərasimində jurnalistlərə açıqlama verərkən deyib. Hər sıxıntısını atası ilə bölüşdüyünü deyən S.Dadaşova göz yaşlarına hakim ola bilməyib:

“Allah bütün gələnlərdən razı olsun, həmişə dəstək olmusunuz. Pis günümüzdə də, yaxşı günümüzdə də yanımızda olmusunuz. Nə deyim, Allah heç bir evə itki yaşatmasın. Heç bir evi böyüksüz qoymasın. Atalar ölmür, qız övladı həmişə atadan yetim qalır. Çünki mən atamın sevimli qızı idim... Onu hamı bilir! Allah o dünyasını versin”.

Qeyd edək ki, dəfn mərasimində aktyorun qızının səhhəti pisləşib, o ayaqüstə dayanmaqda çətinlik çəkib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/308065.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR