Rafael Dadaşovun qızı atasından yazdı: “İndi onlara qovuşmusan, amma bizim..."

Rafael Dadaşovun qızı atasından yazdı: “İndi onlara qovuşmusan, amma bizim..."
10:28 22 Mart 2020
320 Şou
Ölkə mətbuatı
A- A+

“Ata, bu gün sənsiz keçirdiyim üçüncü gündür. Torpağından sənin qoxunu almaq istəyirəm. Bu dünyada sənə doymadım. Bu bayram ürəyimizə qəm, evimizə kədər gətirdi. Oğluma yoxluğunu deyə bilmirəm”.

Publika.az xəbər verir ki, bu sözləri müğənni Səidə Dadaşova bir neçə gün əvvəl dünyasını dəyişən atası, Xalq artisti Rafael Dadaşov haqqında yazdığı statusunda qeyd edib.

Sosial şəbəkədə atası ilə bağlı xatirələrini paylaşan Səidə Dadaşova yuxularının ərşə çəkildiyini bildirib:

“Evdə yata bilmirəm, hər tərəfdə səni axtarıram. Evimiz boş qalıb. Arxa-dayağım yoxdur evdə. Bu bayram və bundan sonrakı bayramlar sənsiz heçdir mənə. Ata, baba və nənəm üçün çox darıxırdın. İndi onlara qovuşmusan, amma bizim ürəyimizi çox yandırdın”.

Qeyd edək ki, aktyor martın 16-də xərçəng xəstəliyindən vəfat edib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/308463.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR