Venesuelada koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb

Venesuelada koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb
08:42 27 Mart 2020
148 Dünya
Ölkə mətbuatı
A- A+

Venesuelada koronavirusun səbəb olduğu xəstəlikdən ilk ölüm hadisəsi qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin icraçı vitse-prezidenti Delsi Rodrigez Karakasda televiziya kanalında çıxışı zamanı deyib.

Bildirilir ki, dünyasını dəyişən Araqua vilayətinin 47 yaşlı sakini olub.

Venesuela hökuməti martın 13-də ölkədə COVİD-19 virusuna yoluxma halının ilk iki hadisəsi barədə məlumat verib. Prezident Nikolas Maduro martın 17-də respublikanın bütün ərazisində karantin tətbiq etmək qərarını elan edib. Hazırda ölkədə koronavirusa yoluxanların ümumi sayı 107-dir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/836756.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR