Bu günədək dünyada 614 min 413 nəfər yeni növ koronavirusa yoluxub.
Metbuat.az Worldometers.info -a istinadən xəbər verir ki, virusa yoluxmuş 28 min 244 xəstə ölüb. 137 min 333 nəfər sağalıb. Yerdə qalan 448 min 836 nəfərdən 424 min 839-nun vəziyyəti qənaətbəxş hesab olunur. 23 min 997 xəstənin durumu orta-ağır qiymətləndirilir.
Bu günə kimi koronavirusa dünyanın 199 ölkəsində rast gəlib. Son 17 saata olan statistikaya əsasən, 18 min 101 yeni yoluxma faktı qeydə alınıb, 903 nəfər isə dünyasını dəyişib.