Dünyada yeni arı növü kəşf edildi

Dünyada yeni arı növü kəşf edildi
21:57 11 Aprel 2020
237 Maraqlı
Ölkə mətbuatı
A- A+

Alimlər Panama meşəsində yarımerkək və yarımdişi olan arı kəşf ediblər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, tədqiqatçılar arını Panamanın Barro Kolorado adasının meşəsində aşkarlayıblar.

Mütəxəssislər cücünün sol tərəfinin fizioloji olaraq erkək olduğu, həmin tərəfdə kiçik, incə çənə sümüyü, uzun anten, daha az tüklü, zəif və həssas arxa ayağının olduğunu vurğulayıblar.

Böcəyin sağ tərəfi isə daha qısa anten, önə çıxmış çənə sümüyü, qalın və tüklü arxa ayağı ilə diqqət çəkir.

Qeyd olunur ki, kəşf ilə bağlı təfərrüatlı məqalə "Journal of Hymenoptera" jurnalında dərc edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/840304.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR