Kolumbiyada zəlzələ olub.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkənin şimalında 5,7 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Bildirilib ki, zəlzələnin episentri 65 km dərinlikdə qeydə alınıb.

İtki və dağıntı barədə məlumat verilməyib.

Yeraltı təkanlar Venesuelada da hiss edilib.