Kim Çen İn komadadır - Rəsmi

Kim Çen İn komadadır - Rəsmi
09:27 23 Aprel 2020
691 Dünya
Ölkə mətbuatı
A- A+

Şimali Koreya lideri Kim Çen İnin səhhəti ilə bağlı mətbuatda yazılanlar təsdiqini tapıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Şimali Koreyanın rəsmi xəbər agentliyi Tvitter-də ölkə rəhbərinin keçirdiyi əməliyyatdan sonra komada olduğunu açıqlayıb.

"Dövlət başçısı dərin meditasiyadadır və xarici siqnallara reaksiya vermir", - deyə bildirilir.

Qeyd edək ki, Kim Çen İnin xəstəliyi ilə bağlı dəqiq məlumatlar bəlli olmasa da, KİV onun ürək əməliyyatı keçirdiyini və vəziyyətinin ağır olduğunu yazıb.

Məlumata görə, ölkə rəhbərinin vəziyyəti xəstəliyi səbəbindən pisləşərsə, hakimiyyətə kiçik bacısı Kim Ye Çjon keçəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/844320.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR