Hamilə tibb bacısı koronavirusa yoluxdu, körpəsini qucaqlaya bilmədən

Koronavirusa yoluxmuş hamilə tibb bacısı doğuşdan bir müddət sonra öldü.

Metbuat.az xəbər verir ki, 30 yaşlı gənc tibb bacısı Dilək Akcabələn hamiləlik müddətində koronavirusa yoluxub. Aprelin 11 də xəstəxanaya karantin şəraitində müalicəsi aparılan qadın,ay yarımdan sonra COVİD-19 səbəbindən həyatını itirib.

Xəstəxanaya aparılandan 3 gün sonra vəziyyəti pisləşən gənc qadın qeysəriyyə əməliyyatı ilə övladını dünyaya gətirib.Bir gecədə vəziyyəti pisləşən Diləyin ağ ciyərləri funksiyasını itirib.

Ehtimallara görə o virusa qonşuluqda yaşayan ailədən yoluxub.Bir ay yarım xəstəxanada müalicə olunan qadın koronavirusla mübarizədə məğlub olub. Körpəsini dünyaya gətirəndən bir neçə gün sonra ölüb. Gənc ana körpəsini qucağına almadan sadəcə bir neçə saniyə görə bilib.

Türkiyə səhiyyə naziri Fəxrəddin Qoca Dilək Ağçabələnin rəsmi olaraq COVİD -19 səbəbindən öldüyünü bildirərək dərin hüznlə ailəsinə baş sağlığı verib.

''Kaş ki, yeni doğulmuş övladını daha çox görəydi, Allah rəhmət etsin!''

Mənbə: NTV.COM


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR