Millimizə çağırılmış futbolçu Ermənistan klubuna keçdi

Azərbaycanın müxtəlif yaş qruplarından ibarət millilərinə çağırılmış Məhəmməd Musalov karyerasını Ermənistanda davam etdirəcək.

Metbuat.az xəbər verir ki, “Anji”nin yetirməsi olan 26 yaşlı müdafiəçi “Pünik” klubu ilə anlaşıb.

Qeyd edək ki, Dağıstan əsilli futbolçu 2012-ci ilin 10-20 iyun tarixlərində U-19 yığmamızın Litvanın Palanqa şəhərində keçirdiyi təlim-məşq toplanışında iştirak edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR