Şimali Koreyada karantin tələblərini pozan gömrük işçisi edam edilib

Şimali Koreyada koronavirusla mübarizə qaydalarını pozan gömrük məmuru edam edilib.

Metbuat.az xəbər verir ki, məmur pandemiya dövründə ölkəyə xaricdən mal gətirdiyi üçün bu cəzaya məruz qalıb.

Qeyd olunur ki, edam noyabrın əvvəllində həyata keçirilib.

Şimali Koreyada bu günədək koronavirusa yoluxma barədə rəsmi məlumat açıqlanmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR