Dünyada İLK DƏFƏ! Qaynar lavanın üzərindən BELƏ keçdi -

Min dərəcədən çox isti olan lava gölü üzərində adrenalin dəqiqələri yaşadı.

Metbuat.az xəbər verir ki, braziliyalı macəraçı Karina Olianin bu addımı ilə Ginesin Rekordlar Kitabına daxil olub.

O istiliyədavamlı kostyumunu geyinərək, təqribən 100 metrlik ərazini bərkidilmiş möhkəm iplə Efiopiyanın Afar bölgəsindəki isti vulkanik lava gölü olan Erta Ale üzərindən qarşı tərəfə keçib.

Bu uğuru ilə rekordu qırdığına görə çox xoşbəxt olan Oliani hisslərini belə ifadə edib:

''Çox yüksək idi amma lava axan məni sehirləmişdi. Bu addımım qadınlar bayramında mənə əsl hədiyyə oldu. Artıq Ginnesin dünya rekordları məni də tanıyır. Çünkü ömrüm boyu çox çətinlik çəkmişəm.Qadın olaraq kişilərin qazandığı uğurlara da adımızı yazdıra bilərik".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR