Neftlə bağlı ŞAD XƏBƏR: Gündəlik 10 milyard dollar...

Süveyş kanalında Panamaya məxsus gəminin saya oturması (kanalın dibinə ilişib qalması) səbəbilə yaranmış böhran dərinləşir.

Metbuat.az xəbər verir ki, kanalda hərəkət hər iki istiqamətdə dayanıb. Bu isə bölgədə neft və digər daşımaları dayandırıb. Məlumata görə, böhran neftin qiymətinin artmasına səbəb olur. Bildirilir ki, neftin qiymətinin artması qərb ölkələrini narahat etsə də, bu neft ixrac edən ölkələr üçün yaxşı haldır. Süveyş kanalındakı vəziyyət neftin qiymətinin indiyə qədər 7 faiz bahalaşmasına səbəb olub. İndiki halda Süveyş kanalının yaxın günlərdə açılması real görünmür. Mütəxəssislər gəmini ikiyə bölərək ərazidən uzaqlaşdırmağı təklif edib.

Qeyd edək ki, gəmi külək və dalğanın təsiri ilə saya oturub. Kanalın 1 günlük bağlı qalması təqribən 10 milyard dollar zərər vurur. Süveyş kanalı Atlantik və Sakit okeanları arasında neft və qaz daşımalarının əsas keçid məntəqəsi hesab olunur.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR