Bu gün peyvənd olunanların sayı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 28 600 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Metbuat.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23 891, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4709 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 271 781, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 837 304, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 434 487 təşkil edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR