Azərbaycan buğda idxalını 32% artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycana 47,7 milyon ABŞ dolları dəyərində 187 min ton buğda idxal edilib.

Metbuat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 11,5 milyon ABŞ dolları (31,8 %) və ya 22 min ton (13,5 %) çoxdur.

Hesabat dövründə buğda idxalı Azərbaycanın ümumi idxalının 1,9 %-ni təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR