Azərbaycanda yoluxanların sayı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1392 yeni yoluxma faktı qeydə alınıb, 2274 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Metbuat.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 317 913 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 287 298 nəfər müalicə olunaraq sağalıb, 4 490 nəfər vəfat edib, aktiv xəstə sayı 26125 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 756, ötən müddət ərzində isə ümumilikdə 3 229 867 test aparılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR