Putin rəqs etdiyi siyasətçiyə

Avstriyanın keçmiş xarici işlər naziri Karin Kneissl, Rusiyanın dövlət tərəfindən idarə olunan neft sənayesi nəhəngi Rosneftin idarə heyətinin üzvü seçilib.

Metbuat.az xəbər verir ki, bu həmin Kneissldir ki, 2018-ci ilin avqust ayında toyunda Rusiya prezidenti Vladimir Putinlə rəqs edib dünyanın gündəminə düşə bilmişdi.

Hətta ənənəvi Bavariya geyimini geyinən və Putinə təzim edən Kneisslin görüntüləri Rusiya dövlət televiziyası Russia Today tərəfindən xüsusi olaraq yayımlanaraq tənqidlərə səbəb olmuşdu. Kneissl 2019-cu ildə hökuməti tərk etdikdən sonra keçən il Rusiyanın təbliğat kanalı olaraq görülən Russia Today-də qonaq köşə yazarı kimi işləmişdi.

Putin ile dans eden Avusturyalı eski bakan, Rus petrol devinde yönetim kurulu üyesi oldu - 3

Hazırda yeni vəzifətə təyin edilən Kneisslin nə qədər qazanacağı bilinmir. Deyilənə görə o, həmin vəzifədə çalışmış, Putinlə dostluq edən keçmiş Alman kansleri Gerhard Schröderin yolu ilə gedir. O, Rosneft'in idarə heyətinin üzvü və sədri vəzifəsində çalışdığı zaman illik 600.000 dollar maaş alırdı.

Putin ile dans eden Avusturyalı eski bakan, Rus petrol devinde yönetim kurulu üyesi oldu - 7

Rosneftin direktorlar şurasındakı digər qərb yönümlü adlar arasında BP-nin baş direktoru İrlandiyalı Bernard Looney və BP-nin keçmiş müdiri ABŞ-dan Robert Warren Dudley də var. Hazırda, otuz ilə yaxındır Rusiya hökumətinin sahib olduğu Rosneft şirkətinin baş icraçı direktoru vəzifəsini Putinin yaxın müttəfiqi olan İqor Seçin yürüdür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR