Şimali Koreya lideri buna görə arıqlayıb -

Şimali Koreya lideri Kim Çen Inın arıqlaması yerli sakinlərin bəzilərini narahat edib.

Metbuat.az xəbər verir ki, dövlət televiziyasının yayımladığı sujetdə sakinlər ölkə liderinin arıqlamasından dərin üzüntü keçirdiklərini bildiriblər. Xarici KİV-lər yazır ki, Kim Çen In arıqlayaraq, qida qıtlığı ilə üzləşən əhaliyə “hamımız fədakarlıq göstəririk” mesajını verməyə çalışır.

Qeyd edək ki, Kim Çen In 1 ay ictimaiyyət qarşısına çıxmamışdı. Onun Əmək partiyasının iclası zamanı çıxışına dair görüntülərində arıqladığı müşahidə edilmişdi. 37 yaşlı Kim Çen Inın çəkisinin buna qədər 140 kiloqram olduğu güman edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR