Tümendə rus qızların olduğu mənzilə basqın edildi -

Tümendə qonşu kişi qızların evinə basqın edib.

Metbuat.az rus mediasına istinadən xəbər verir ki, 30-40 yaşlarında bir kişi birinci mərtəbədəki eyvandan qonşusunun mənzilinə çıxaraq qızların olduğu mənzilə hücum edib. O, gecə saatlarında mənzildə yaranan səs-küyə etirazını bu formada bildirib.

Qızların üstünə qışqıran qonşu sonra onları döyüb. Qızlar polisə müraciət etsələr də, şöbədən heç kim gəlməyib.

Bunu görən zərərçəkənlər özləri polis idarəsinə gediblər.

Hadisə ilə bağlı araşdırmalara başlanıb.

Qeyd edək ki, qızlardan biri öz ad gününü qeyd etmək üçün rəfiqələrini yaşadığı mənzilə dəvət etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR