Daşkəsəndə qadını it dişləyib.
Metbuat.az APA-ya istinadən məlumat verir ki, hadisə rayonun Əmirvar kəndində qeydə alınıb.
1961-ci il təvəllüdlü Əhmədova Zöhrə it dişləmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.