x
Loading...

İranda daha 286 nəfər koronavirusdan öldü

İranda ötən sutka ərzində 286 nəfər koronavirusdan (COVID-19) ölüb.

Metbuat.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 90 630 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 19 846 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 3 871 008 nəfərə çatıb. Virus daşıyıcılarından 5 455 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 3 367 272 nəfər koronavirusdan sağalıb, 25,9 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda 12,2 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 9,55 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2,68 milyon təşkil edir.

Koronavirusa yoluxma üzrə 285 rayon qırmızı və 110 rayon narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 53 rayon sarı zona hesab olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR