Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldu 111-ci qolunu vuraraq milli komandalarda ən çox qol vuran oyunçu adına sahib olub.
Metbuat.az xəbər verir ki, 36 yaşlı hücumçu buna İrlandiyaya qarşı keçirdikləri 2022-ci il dünya çempionatının seçmə oyununda nail olub.
89-cu dəqiqədə komandasının bərabərlik qoluna imza atan forvard yığmada 110-cu dəfə fərqlənib. Təcrübəli oyunçu 90+6-cı dəqiqədə isə Portuqaliyaya 2:1 hesabı ilə qalibiyyət gətirib.
Xatrladaq ki, Ronaldu İran millisində 109 qol vuran Əli Daeinin rekordunu qırıb.
