"Bəhanə olmamalıdır" - De Byazi

"Ağır nəticədən sonra buraya gəlmişik. Lüksemburqla oyunun ikinci hissədə keyfiyyətli oyun göstərə bildik. İlk hissə və ikinci hissə arasında böyük fərq oldu. İlk dəqiqədən son saniyəyədək mübarizə aparmalıyıq".

Metbuat.az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsində İrlandiya ilə səfər oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

"Qrupumuzda yer alan bütün komandalar reytinq baxımından bizdən irəlidədir, amma bu, bəhanə olmamalıdır. Evə yaxşı nəticə ilə dönmək istəyirik. Yaxşı nəticə əldə etmək üçün isə sabah maksimum gücümüzü nümayiş etdirməliyik" - deyə o bildirib.

De Byazi sabahkı matç üçün heyətlə bağlı demək olar ki, qərar verdiyini vurğulayıb: "Ancaq indi açıqlaya bilmərəm. Onu deyə bilərəm ki, Lüksemburqla oyunun ikinci hissəsində oynayanların çoxu meydanda olacaq. Təbii ki, əvvəlcə onların fiziki vəziyyətinə və necə bərpa olunmalarına baxmalıyıq. Heç bir oyun asan olmur. Bu cür ardıcıl oyunlarda bərpa olunmaq çox vacibdir”.

Qeyd edək ki, sabah keçiriləcək İrlandiya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR