Yanında hansısa kişinin olması, övladınızdan daha vacibdir? - Nigardan SƏRT REAKSİYA

"Dünəndən bəri 11 yaşlı qızın ögey atasından 7 aylıq hamilə olma xəbəri ağlımdan çıxmır. Necə ana olasan ki, buna göz yumasan? Necə şərəfsiz olasan ki, 11 yaşlı uşağa göz dikəsən. Hələ bu uşaq indi hamilə qalıb, Allah bilir illərdir bu təcavüzə məruz qalıb. Anası da susub".

Metbuat.az xəbər verir ki, bu sözləri müğənni Nigar Camal sosial şəbəkədə yazıb.

Sənətçi İmişlidə ögey atası tərəfindən təcavüzə məruz qalan 11 yaşlı qızla bağlı paylaşım edib: "Çox maraqlıdır, ər, həyat yoldaşı, yanında hansısa kişinin olması, övladınızdan daha vacibdir? Axı bu insanlığın hansı səviyyəsidir? Bir qadın olaraq kişisiz ayaqda qalmaq çoxmu çətindir? Dəyərmiydi iki körpənin həyatını məhv etməyə? Əziz qadınlar, analar, övladlarınızı diqqətdən kənarda qoymayın, ən kiçik səhvlərində geri itələməyin. Onlarla dost olmağa, onları başa düşməyə çalışın. Hər şeyi qadağalarla, "olmaz"larla yox, daha şirin və yumşaq dillə anlatmağa çalışın. Əminəm ki, işə yarayacaq.

Hüquq-mühafizə orqanlarından isə xahiş edirəm ki, bu körpənin cinayətində, həyatının məhv olmasında kimin əli varsa, cəzalandırılsın. Xüsusilə, bu "atalığ"a ömürlük cəza verilsin, necə ki, bu körpəyə ömürlük cəza verilib...".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR